Nigeriyanın şimalında son üç ayda ən azı 22 nəfər onurğa beyni meningitindən dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi Yobe ştatının hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Xəstəliyin ştatın altı rayonunda baş verdiyini, ümumilikdə 636 təsdiqlənmiş hadisənin olduğu qeyd edilib. 

Beyin və onurğa beyninin şişməsinə səbəb olan serebrospinal meningit epidemiyaları Nigeriyanın şimalında quru mövsümdə baş verir. 

Nuranə Abbasova