Bakıda "Teleqram"da "Халифат Азeрбайджан" adlı qrupun paylaşımları valideynlər arasında təşviş yaradıb.
"Unikal" xəbər verir ki, sözügedən qrup məktəbliləri təhdid edərək onları güllələyəcəyi ilə bağlı paylaşım edib.
"16, 18, 61, 56, 6, 1, 203, 27, 55, 9, 90, 177, 42, 165, 23, 35, 207 saylı məktəblərdə uşaqlar güllələnəcək. Biz beş, ya da 25 nəfər ola bilərik. Polis bizi tuta bilməz. Sizin boğazınızı üzəcəyik, öz məktəblərinizdə məhv olacaqsınız" deyə paylaşımda bildirilir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, DİN məsələdən məlumatlıdır, dərhal araşdırmalara başlanılıb.