Rusiyanın Oryol vilayətində neft anbarı yanır.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğın pilotsuz uçuş aparatının hücumu nəticəsində başlayıb.

Yerli sakinlərin sözlərinə görə, onlar yanğın başlamazdan əvvəl partlayış səsi eşidiblər.

Oryol vilayətinin qubernatoru yanğına PUA-nın düşməsi səbəbindən baş verdiyini deyib.

Nijni Novqorod vilayətində də "Lukoyl" neft anbarına pilotsuz uçuş aparatı ilə hücum edilib. Hadisə ilə bağlı "Lukoyl" şirkəti qurğunun işini dayandırıb.

Məlumata görə, PUA səhər saat 5-ə yaxın Kstovo müəssisəsinin ərazisinə düşüb və yanğın başlayıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir. İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Eyni zamanda, Belqorod vilayətində dron hücumuna görə, elektrik xətləri zədələnib, yeddi yaşayış məntəqəsi işıqsız qalıb. Yaralanan olmayıb.