Yaponiyada ağır demoqrafik durum yaranıb.
"Unikal" xəbər verir ki, keçən il Yaponiyada doğulan uşaqların sayı ardıcıl 8-ci ildir ki, minimum səviyyəyə düşüb.
2023-cü ildə Yaponiyada 758 631 körpə doğulub ki, bu da əvvəlki illə müqayisədə 5,1% azdır.
Bu, Yaponiyanın 1899-cu ildə statistika toplamağa başlamasından bəri ən aşağı doğum sayıdır.
Ötən il evliliklərin sayı 5,9% azalaraq 489 281 cüt olub və 90 ildə ilk dəfə yarım milyondan aşağı düşüb ki, bu da doğum nisbətinin azalmasının əsas səbəblərindən biridir.