Qəzza zolağının sahilində liman tikiləcək.

"Unikal" xarici KİV- ə istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə aid 4 gəmi dəniz yolu ilə humanitar yardımın çatdırılması üçün Qəzza zolağının sahilində liman tikmək üçün ABŞ-ın Virciniya ştatından yola düşüb. 

Briqada generalı Brad Hinson jurnalistlərə açıqlamasında bildirib ki, böyük gəmilərdən kiçik gəmilərə yardımın ötürülməsi üçün dəniz platforması və gəmidən endirilməsi üçün estakadadan ibarət olacaq yeni obyektin "60 gün ərzində" işə salınması gözlənilir.

Zərifə Nağıyeva