İrəvanda kriminal avtoritetin avtomobili yandırılıb.

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb. Əraziyə 2 yanğınsöndürən briqadası yollanıb.

Məlum olub ki, park edilmiş “Cadillac Escalade” yanıb, alov ətrafa dayanmış “Toyota Prius”a ziyan vurub. Hadisə ilə bağlı cinayət işi açılıb.

Məlumasta görə, “Cadillac Escalade” İrəvan sakini, kriminal aləmdə “Lisping Arman” kimi tanınan 35 yaşlı Arman A.-ya məxsusdur.

Gülayə Mecid