Hər kəs həyatının bir dönəmində "Hansı super gücə sahib olmaq istərdim" sualını özünə verib. Və bu suala müxtəlif cavablar vermək mümkündür.  Ancaq dünyada nadir xüsusiyyətlərə malik insanlar vardır.

"Unikal" bəzi nadir xüsusiyyətlərə sahib insanları təqdim edir:

Unuda bilməyən qadın
Rebekka Şarrok adlı qadın dünyada yüksək avtobioqrafik yaddaşa (HSAM) malik 80 nəfərdən biridir. Bu nadir vəziyyət ona son dərəcə güclü yaddaş verir, o, həyatının təfərrüatlarını, o cümlədən ilk doğum günündə aldığı hədiyyələri xatırlayır. Qadın 12 günlük olandan başlayaraq həyatının, demək olar ki, hər günün xatırlayır.

Rəngləri fərqli qəbul edən sənətçi
Concetta Antiko nadir genetik mutasiya olan tetraxromasiyaya malikdir. Normal insanların gözlərində üç növ konus hüceyrəsi olduğu halda, Concettada dörd növ konus hüceyrəsinə malikdir. Bu, Antikoya geniş rəng diapazonunu aşkar etməyə imkan verir. Üç konus hüceyrəsi olan bizlər təxminən bir milyon fərqli rəngi ayırd etmək qabiliyyətinə malik olsaq da, Concetta təxminən 100 milyon rəng görə bilir.

Üzləri unutmayan qadın
Yenny Seo gördüyü üzləri unutmamaq bacarığı ilə diqqət çəkir. Bu qadın həyatda gördüyü heç bir insanın üzünü unutmur. Bu qabiliyyətin əsas səbəbi hələ tam bilinməsə də, həkimlər genetik faktorların və beyin fəaliyyətinin təsirli olduğunu düşünürlər. 

Super qoxu qəbul edən qadın
Ağız cərrahı olan  Dr. Krati Qarqın nadir görülən istedadı var. Möhtəşəm iybilmə qabiliyyətinə malik olan bu qadın, əməliyyat otağında xəstələrə anesteziya üçün verilən sevofluranın qoxusunu təsbit edərək, anesteziya borusunda kiçik bir sızıntı aşkar edib. Və bununla da ətrafdakıların diqqətini çəkib. Hindistanda böyüyən Qarqın ailəsi üçün bu qeyri-adi hal deyildi. Nənəsi də Qarq kimi super həssas buruna sahib olub.

Zərifə Nağıyeva