Fransanın tarixi lideri general Şarl de Qollun böyük oğlu admiral Filip Qoll vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.

Agentliyin məlumatına görə, admiral de Qoll Milli Əlillər İnstitutunda 102 yaşında vəfat edib.  

Filipp general Şarl de Qollun böyük uşağı və yeganə oğlu idi. 1921-ci il dekabrın 28-də anadan olub.  

O, 1940-cı ildə Fransa Hərbi Dəniz Qüvvələrinə qoşulub. 1948-ci ildə leytenant, 1956-cı ildə komandir leytenantı, 1980-ci ildə admiral rütbəsi alıb. İki il sonra o, hərbi karyerasını başa vuraraq siyasətə keçib.

Filipp de Qoll 1986-2004-cü illərdə Parisdən fransız senatoru olub. 1960-cı illərin sonlarında Qollist Partiyası onu general Şarl de Qollun hərəkətlərinə əsaslanan fransız siyasi ideologiyası olan Qollizmin yeganə qanuni varisi kimi müdafiə edib. Qollizmin əsas ideyası Fransanın istənilən xarici gücdən müstəqilliyi və xarici siyasətdə müstəqilliyidir.