Rusiyada həbsdə olan "1 nömrəli qanun oğru" Şakro Molodoy (Zaxari Kalaşov) azadlığa çıxır.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Bildirilir ki, Krasnodar diyarının Ust-Labinski rayon məhkəməsi  70 yaşlı "qanuni oğru"nun səhhətindəki problemlərə görə sərbəst buraxılacağını açıqlayıb. 

"Kalaşovun azadlığa buraxılması ilə bağlı bütün prosesə Federal Penitensiar Xidmətin Krasnodar diyarı üzrə əməliyyat şöbəsinin rəisi Arseni Qavrilov şəxsən nəzarət edir. Əlbətdə ki, o, təkbaşına hərəkət etmir. Buna görə də məhkəmə lazımi qərarı verəcək və Şakronu ad günü hədiyyəsi olaraq onu azadlığa buraxacaq. Onun martın 20-də 71 yaşı tamam olacaq", - KİV-lərin birində qeyd olunub. 

Xatırladaq ki, Şakro Molodoy 2018-ci ildə Moskvanın Roçdelskaya küçəsindəki restoranın sahibindən hədə-qorxu ilə pul tələb etdiyinə görə 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi.  

Gülayə Mecid