Türkiyənin hərbi-siyasi rəhbərliyi İraqa gedəcək.

"Unikal" xəbər verir ki, Türkiyə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın sabah İraqa səfər edəcəklər.

Rəsmilər səfər çərçivəsində Bağdadda terrorla mübarizə çərçivəsində keçiriləcək iclasa qatılacaqlar.

Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da İraqa gedəcək.

Zərifə Nağıyeva