Amerika Birləşmiş Ştatları və Böyük Britaniya silahlı qüvvələri husilərin nəzarəti altında olan Hudeyda şəhərində hava limanına zərbələr endirib.

"Unikal" xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Məlumata görə, hava limanı cəmi bir neçə saat ərzində ən azı dörd dəfə zərbəyə məruz qalıb.

İtkilər və xəsarət alanlar barədə məlumat verilmir.