Polşa hakimiyyət yaxın illərdə bomba sığınacaqlarının tikintisinə 30 milyon dollara yaxın vəsait ayırmaq niyyətindədir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  bunu Varşava meri Rafal Trzaskovski jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, proqramda sığınacaq yerlərinin təşkili, eləcə də onların elektrik xətlərinə qoşulması və orada su mənbələrinin yaradılması nəzərdə tutulur.

"Mən "Varşava müdafiə edir" proqramını hazırlamaq qərarına gəldim. Növbəti büdcə sessiyasında biz ona 117 milyon zlotı (təxminən 30 milyon dollar) ayıracağıq ki, qarşıdakı illərdə əsas sərmayələri yatıra bilək",- deyə mer bildirib.  

Qeyd olunur ki, Varşava meriyası artıq sığınacaq kimi xidmət edə biləcək yerləri, o cümlədən yeraltı dayanacaqları və metronu nəzərdən keçirib. Ümumilikdə Polşa paytaxtında 7 milyon kvadratmetr ərazi sığınacaqların təşkili üçün uyğundur.

Gülayə Mecid