Mərhum müxalif siyasətçi Aleksey Navalnının köməkçisi Leonid Volkov Litvada hücuma məruz qalıb. 

"Unikal" xəbər verir ki, bu barədə Navalnının sözçüsü Kira Yarmiş “X” sosial şəbəkəsində açıqlama verib. Məlumata görə, Volkov Vilnüsdə evinin qarşısında naməlum şəxsin çəkiclə hücumuna qalıb. Belə ki, şəxs Volkovun avtomobilinin şüşəsini sındırıb, daha sonra onu çəkiclə vurmağa başlayıb.

Hücum nəticəsində qolu sınan və ayağından zərbələr alan Leonid Volkov müalicə olunduqdan sonra evə buraxılıb.

Zərifə Nağıyeva