Tbilisinin Samtredia küçəsində yerləşən yaşayış binasında güclü partlayış baş verib.

"Unikal" xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb. 

Partlayış birinci mərtəbədəki banket zalında baş verib. İlkin məlumata görə, təmirə bağlanan zalda partlayışa səbəb qaz sızması olub.

Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, ətrafdakı mənzillərə ciddi ziyan dəyib. Sakinlər təxliyə edilib. 

Araşdırmalar davam edir.

Ağarza Elçinoğlu