Çukotka və Kamçatkada prezident seçkiləri başlayıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bölgələrdə seçki məntəqələri açılıb. 

Bildirilir ki, təkcə Kamçatkada səsvermə üçün 200-ə yaxın seçki məntəqəsi açılıb.

Ümumilikdə, prezident seçkiləri ilə bağlı rayonda 319 seçki məntəqəsi yaradılsa da, onların bəziləri vaxtından əvvəl səsverməyə cəlb edilib. Kamçatkada 43 mindən çox insan elektron şəkildə erkən səsvermədə iştirak etmək istədiyini bildirib”.

Çukotkada 55 seçki məntəqəsi olsa da, bölgədə təxminən 3,5 min nəfər erkən səs verib.

Bunlar Çukotkanın ucqar və əlçatmaz ərazilərinin sakinləridir.