Bu gün Azərbaycan Premyer Liqasında XXVII tura start veriləcək.
“Unikal” xəbər verir ki, ilk gündə bir oyun keçiriləcək.
Günün yeganə görüşündə “Neftçi” meydana çıxacaq. “Ağ-qaralar” doğma “Neftçi Arena”da “Səbail”i qəbul edəcək.
Hazırda komandalar eyni xalla (37) turnir cədvəlinin 4-5-ci pillələrini bölüşdürürlər. Qarşılaşma “Səbail” üçün xüsusi prinsipiallıq daşıyır. Çünki qəsəbə təmsilçisi çempionatın son 18 matçında rəqibinə qalib gələ bilməyib.
“Dənizçilər” axırıncı dəfə 2019-cu ildə “Neftçi”dən 3 xal almağı bacarıb. Şahin Diniyevin baş məşqçisi olduğu kollektiv 5 illik tilsimi qırmağa çalışacaq.
Azərbaycan Premyer Liqası
XXVII tur
15 mart
19:00. “Neftçi” – “Səbail”
Bakı, “Neftçi Arena”.
Qeyd edək ki, III dövrənin son turunun digər oyunları martın 16-17-də keçiriləcək.