2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı isə 1,5 faiz azalıb.
"Unikal"ın Dövlət Statistika Komitəsinin cari ilin yanvar-fevral ayları üzrə hesabatına istinadən xəbərinə görə, qeyd olunan dövrdə 324,5 min ton süd, 367,8 milyon ədəd yumurta istehsal edilib. 2023-cü ilin müvafiq dövrünə nisbətən süd istehsalı 0,7 faiz, yumurta istehsalı 3,4 faiz artıb.