Avrokubokların 1/8 final mərhələsi başa çatdıqdan sonra klubların UEFA reytinqi açıqlanıb.
"Unikal" xəbər verir ki, Azərbaycanı "Top-100"də yalnız bir komanda ilə təmsil olunub.
Son ölkə çempionu "Qarabağ" Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer"ə 2:3 hesabı ilə uduzub. Bununla da avrokuboklarda mübarizəni dayandıran Qurban Qurbanovun yetirmələrinin aktivində 33,000 xal qalib.
"Qarabağ" Avropada 57-ci yerə şərikdir. Ağdam klubu "Betis"lə eyni göstəriciyə malikdir. Bu iki komanda 57-58-ci yerləri bölüşür.
"Qarabağ" ötən cədvəllə müqayisədə bir addım geriləyib. Təmsilçimiz "Fiorentina"nı önə buraxıb. İtaliya klubu 34,000 xalla 55-ci yeri "Fənərbaxça" ilə bölüşür.
Qeyd edək ki, siyahıya 146,000 xala malik "Mançester Siti" başçılıq edir.