İngiltərə Federasiya Kubokunda yarımfinala vəsiqə qazanan son iki komandanın adına aydınlıq gəlib.
"Unikal" xəbər verir ki, 1/4 final mərhələsinin ən maraqlı oyunu “Mançester Yunayted” – “Liverpul” komandaları arasında reallaşıb. Əlavə vaxta gedən matç "qırmızı-şeytanlar"ın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da Mançester təmsilçisi yarımfinala vəsiqə qazanıb.
Günün digər oyununda "Çelsi" "Lester Siti"ni 4:2 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.
Qeyd edək ki, daha əvvəl "Mançester Siti" və "Koventri Siti" komandaları yarımfinala yüksəliblər.