Futbol üzrə Türkiyə Superliqasında 30-cu tura yekun vurulub.
"Unikal" xəbər verir ki, "Trabzonspor" doğma meydanda "Fənərbaxça"nı qəbul edib. Qarşılaşma "sarı-lacivərd"lərin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Trabzonspor" azarkeşlərı komandaları "Fənərbaxça"ya 3-2 hesabı ilə uduzduqdan sonra meydançaya tökülüşərək rəqib oyunçulara hücum ediblər.
Daxili işlər naziri Ali Yerlikaya matçdan sonra meydana girən azarkeşlərlə bağlı şəxsiyyət təsbiti aparıldığını və matçdan sonra baş verən hadisələrlə əlaqədar cinayət işi açıldığını bildirib.