Əsrlər boyu dənizin altında qalan, içində 533 milyard TL (təqribən 28 milyard AZN) dəyərində xəzinə ilə batan gəminin çıxarılması planlaşdırılır.  

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, robot dalğıclar 300 illik İspaniyanın "San Xose" gəmisinin su altında qalan qalıqları arasında basdırılmış xəzinəni çıxarmağa çalışacaqlar. 

Buna səbəb gəminin qalığının 609 metr dərinlikdə insan dalğıcların çata bilməyəcəyi qədər dərində olmasıdır.

Zərifə Nağıyeva