Kişinyovun qeyri-dost hərəkətləri, o cümlədən rus diplomatının ölkədən çıxarılması cavabsız qalmayacaq.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında məlumat verib.

"Kişinyovun hərəkətləri Rusiya tərəfindən cavabsız qalmayacaq”,- deyə o qeyd edib.

Diplomatın sözlərinə görə, Moldova rəhbərliyinin həyata keçirdiyi anti-Rusiya kampaniyası “dərin tarixi köklərə malik” Rusiya-Moldova münasibətlərini məhv etmək məqsədi daşıyır.

*** 18:21

Estoniya Rusiya diplomatını ölkədən çıxardığını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Tallindəki səfirliyinin diplomatik statuslu əməkdaşı arzuolunmaz şəxs elan edilib. Qovulma Estoniyanın müstəqilliyinə və suverenliyinə qarşı yönəlmiş hərəkətlərlə əsaslandırılıb.

"Rusiya kəşfiyyat xidmətlərinin Estoniya Respublikasının təhlükəsizliyinə qarşı koordinasiya etdiyi hibrid əməliyyatlar dayandırılmalıdır", - açıqlamada deyilir.

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna qeyd edib ki, Rusiya səfirliyi Estoniyanın daxili işlərinə qəbuledilməz şəkildə müdaxilə edib. Xüsusilə, söhbət məhkəmə proseslərinə müdaxilədən gedir: diplomat cinayət işinin sənədlərini ələ keçirib və Rusiya sosial şəbəkələrində dərc olunmasına şərait yaradıb.