Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında iclasın keçirilməsi ilə bağlı qərar qəbul edilib.
"Unikal" xəbər verir ki, bunu Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan “Factor.am”a açıqlamasında deyib.
O qeyd edib ki, görüşün tarixi və yeri hələ ki, müəyyən edilməyib.
Xatırladaq ki, Antalyada keçirilən forumda Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç növbəti görüşün İrəvanda keçirilməsini təklif etmişdi.