Yaşadığı evdən çıxaraq itkin düşən 18 yaşlı qız tapılıb.
"Unikal" xəbər verir ki, polis əməkdaşlarının axtarışları nəticəsində fevralın 7-dən itkin düşmüş Gəncə şəhər sakini 2006-cı il təvəllüdlü İlahə Xaliq qızı Cavadovanın Bakı şəhərində olduğu müəyyən edilib və tapılaraq ailəsinə təhvil verilib.
İ. Cavadova Bakı şəhərində çalışacağı adla evdən çıxıb və yaxınları ondan məlumat almadıqları üçün polisə onun itkin düşməsi barədə ərizə ilə müraciət ediblər.