2023-cü ildə Azərbaycandan xarici ölkələrə pul köçürmələrinin həcmi 3,6 milyard ABŞ dolları olub.
"Unikal" xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov media brifinqində deyib.
"Azərbaycandan ən çox pul köçürmələrinin həyata keçirildiyi 3 ölkə siyahısına Türkiyə (1,8 milyard dollar), ABŞ (311 milyon dollar) və Böyük Britaniya (157 milyon dollar) daxildir", - deyə o qeyd edib.