"Pensiya yaşının azaldılması uzun zamandır müzakirə olunur. Dünyanın heç bir ölkəsində pensiya yaşının azaldılmasına qanunvericilik səviyyəsində baxılmır, əksinə, pensiya yaşının yüksəldilməsi müzakirə edilir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, hazırda Azərbaycanda 1 milyon 100 min pensiyaçı var: "6 ildən sonra pensiyaçıların sayı 1 milyon 300 min nəfərə çatacaq. 2040-ci ildə isə 1 milyon 600 min nəfər olacaq. Yəni, insan ömrünün uzanması ilə bağlı məsələlər gedir".
M.Quliyev əlavə edib ki, muzdlu qaydada çalışan insanların sayını artırmalıyıq: "5 milyon 300 min iqtisadi fəal əhali var, yalnız 1 milyon 700 min nəfəri muzdlu qaydada əmək müqaviləsi bağlayıb".
Anar Kəlbiyev