Martın 29-da Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə iki nəfər erməni Qarabağdan Ermənistana aparılıb.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Məlumata görə, onlar ər-arvaddır: Sarqis Qalstyan və Marqarita Şahnazaryan.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni bildirib ki, həmin şəxslər Ermənistana öz istəkləri ilə köçürülüblər.
Ağarza Elçinoğlu