Yaponiyanın şimal-şərqində 6 bal gücündə zəlzələ baş verib.
"Unikal" xarci KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 12.16-da ölkənin şimal-şərqində Fukusima prefekturasının sahillərində baş verib. Təkanlar yerin 40 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.