İtaliyanın Alikudi adasını keçilər zəbt ediblər.
"Unikal" xəbər verir ki, adanın meri Rikkardo Qulo heyvanların sayına heç bir məhdudiyyət qoyulmadan onları almaq istəyən hər kəsə pulsuz verilməsini təklif edib.
Buna səbəb keçilərin adanın yuxarı hissəsindəki təbii evlərindən uzaqlaşıb, insanların yaşayış sahəsinə doğru hərəkət edərək təsərrüfat sahələrinə və evlərə ciddi ziyan verməyi olub.
Həmçinin, adanın meri əhalinin keçiləri sahiblənmək üçün aprelin 10-dək müraciət edə biləcəyini bildirib.
Zərifə Nağıyeva