İsrail bu cinayət əməlinin əvəzini ağır ödəyəcək.
"Unikal" xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə teelfon danışığı zamanı deyib.
Tərəflər İranın Suriyadakı konsulluğunda törədilmiş terror aktı ilə bağlı müzakirələr aparıb.
"İran bu terror aktını, sionist rejimin terror cinayətini diplomatik və konsulluq yerlərinin toxunulmazlığı prinsipinin açıq şəkildə pozulması kimi qiymətləndirib. Sionist rejim bu cinayət əməlinin əvəzini ağır ödəyəcək".
Ağarza Elçinoğlu