Moskva vilayətində dəhşətli cinayət hadisəsi qeydə alınıb.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, Balaşixa şəhər sakini olan 52 yaşlı qadın atasını vəhşicəsinə qətlə yetirib.
Belə ki, qadın 87 yaşlı atasını evinə dəvət edib. Birlikdə spirtli içki qəbul edən ata və qız arasında mübahisə yaranıb. Bundan sonra N.M atasının bıçaqlayaraq qətlə yetirib. Qadın atasının meyitini parçalara bölüb və evindəki soyuducuya yerləşdirib. Kişinin daxili orqanlarını isə zibil qutusuna atıb.
Dəhşətli cinayətdən bir gün sonra 52 yaşlı qadın polisə gedərək, qətli etiraf edib. Hüquq-mühafizə orqanları N.M-ni evinə baxış keçiriblər, 87 yaşlı kişinin hissələrə bölünmüş cəsədini aşkarlayıblar.
Seymur Əli