"Balkanların Nostradamusu" kimi tanınan Baba Vanqanın 2024-cü il üçün sadaladığı kəhanətlərdən ikisi doğru çıxıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Vanqanın bu il üçün açıqlamalarını şərh edənlər mütəxəssislər 2 proqnozun özünü doğrultduğunu açıqlayıb.
Belə ki, Baba Vanqa "Bu il dünya iqtisadi böhranla üzləşəcək",- deyə proqnoz verib. Mütəxəssilər buna əsasən, bildirirlər ki, artıq İngiltərə və Yaponiyada iqtisadi böhran yaşanmağa başlayıb. Britaniya mediası Birləşmiş Krallıqda ümumi daxili məhsulun (ÜDM) dekabr ayına qədər olan üç ayda gözləniləndən daha böyük nisbətdə 0,3 faiz azaldığına diqqət çəkib.
Yaponiyada yen ABŞ dollarına nisbətdə 151,97-ə kimi ucuzlaşaraq son 34 ilin ən aşağı səviyyəsinə düşüb. Ölkə indi qlobal reytinqdə dördüncü yerə düşüb. Digər tərəfdən, Misir və Türkiyə başda olmaqla bir çox ölkədə irili-xırdalı iqtisadi böhranlar yaşanır.
Ekstrasensin digər proqnozu isə bu il səhiyyə sahəsində “ciddi inkişafların” olacağı olub və ötən həftələrdə ağciyər xərçənginə qarşı peyvəndin üzərində iş aparıldığı təsdiqlənib. Oksford Universiteti, Francis Crick İnstitutu və London Kollec Universitetinin birgə araşdırmasında "LungVax" adlı peyvənd üzərində çalışdıqları və 3 min peyvənd üçün təxminən 2 milyon dollar vəsait topladıqları qeyd olunub.
Gülayə Mecid