Moskvada təqaüdçü oyuncaq silahla Rusiya Federasiyası prezidentinin ofisinə girməyə cəhd edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, aprelin 3-də səhər saatlarında FSB əməkdaşları əlində avtomata bənzər əşya olan şübhəli şəxsi görüblər. O, saxlanılıb. Məlum olub ki, vətəndaş Ukraynada anadan olan 69 yaşlı Viktor Krasivskidir. Təqaüdçünün üzərində qara rəngli “Kalaşnikov” avtomatı formasında uşaq oyuncağı olub.
Krasivski polisə bildirib ki, o, 15 ildir ki, prezidentlə görüşməyə çalışsa da, ona həmişə rədd cavabı verilib. Bu dəfə də təcili məsələlərin müzakirəsi üçün şəxsi qəbulda iştirak etmək qərarına gəlib.
O, polis bölməsindən psixiatriya xəstəxanasına köçürülüb.
Ağarza Elçinoğlu