Ermənistan-Avropa İttifaqı ikitərəfli dialoqunun və münasibətlərinin gələcək inkişafı üçün heç vaxt belə dinamik proses olmayıb.
"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Vasilis Maraqos bildirib.
O, Ermənistan parlamentində "Ermənistanın Avropaya inteqrasiyasının yeni perspektivləri və çağırışları" mövzusunda parlament dinləmələri zamanı deyib: "Aİ Ermənistan Silahlı Qüvvələrinə öldürücü olmayan silahlar nöqteyi-nəzərindən dəstək verməyi nəzərdən keçirir, lakin söhbət onların öz imkanlarını gücləndirə bilməsi üçün vacib dəstəkdən gedir. Bu, Avropa sülh mexanizminin çərçivəsinə aiddir. Avropa İttifaqı regionda sabitliyə və vəziyyətin nizamlanmasına, o cümlədən Avropa İttifaqı Şurasının prezidentinin təşkil etdiyi görüşlərə tam sadiq qalır. Biz öhdəliyimizi davam etdirəcəyik və istərdik ki, bu proses normala qayıtsın".
Ağarza Elçinoğlu