Türkiyədə polis 14 vilayətdə antiterror əməliyyatı keçirib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
Nazir, Vanda baş verən hadisələr zamanı küçə nümayişləri keçirənlərə qarşı 14 vilayətdə əməliyyat keçirildiyini və 340 şübhəlinin tutulduğunu açıqlayıb.
Xatırladaq ki, 31 mart 2024-cü il yerli idarəetmə orqanlarına seçkilərdə Van Böyükşəhər Bələdiyyəsinə rəhbər seçilən Abdullah Zeydan Ədliyyə Nazirliyinin “PKK-ya yardım” ittihamı ilə etirazı nəticəsində seçilmək hüququnu itirib.
Bu hadisədən sonra Van və Hakkaridə qeyri-qanuni nümayişlər başlayıb. PKK tərəfdarları şəhərlərdə iğtişaşlar törədiblər.
Gülayə Mecid