2023-il də İranda 853 məhbus edam olunub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Beynəlxalq Əfv Təşkilatı hesabat yayımlayıb.
Bildirilib ki, bu son səkkiz ildə ən yüksək rəqəmdir. Təşkilat İranda 2023-cü ildə ölkə həbsxanalarını kütləvi qətl yerinə çevirən edam dalğasını dayandırmaq üçün dünya ölkələrini addım atmağa çağırıb.