"Rusiya başa düşüb ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı ölkə prezidenti Volodimir Zelenski ilə dialoq aparmaq lazım deyil".
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, bu, 2022-ci ildə İstanbulda keçirilən son danışıqlardan sonra aydın olub.
"Zelenskinin legitimliyi heç kim tərəfindən sorğulanmayanda belə hamı bunu tanıdı, hamı başa düşdü ki, onunla danışıqlar aparılmamalıdır ”, - deyə nazir bildirib.
Lavrov qeyd edib ki, münaqişənin həlli barədə Zelenski ilə deyil, ona “qadağan edən və ya icazə verən”lərlə danışmaq lazımdır.
Gülayə Mecid