İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qüvvələri antiterror əməliyyatı keçirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, antiterror əməliyyatı nəticəsində 18 terrorçu öldürülb və 10 təhlükəsizlik qüvvəsi hərbçisi şəhid olub.
Bundan əlavə, çox sayda yaralının olduğu da açıqlanıb.
Qeyd edək ki, Sistan və Bəlucistan əyalətinin Çabahar və Rask şəhərlərində terrorçular polis bölmələrinə hücum etmişdi.
İranın dövlət xəbər agentlikləri öldürülən terrorçulardan bir neçəsinin fotosunu da paylaşıb.
Ağarza Elçinoğlu