Çinin Hubey vilayətində dövlət elmi müəssisəsinin əməkdaşı hamilə həmkarını zəhərləməyə və bununla da onun analıq məzuniyyətinə getməsinə mane olmağa çalışıb.
"Unikal" xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.
Məlumata görə, zərərçəkmiş ofisdə suyun qəribə dadını hiss edib və butulkalı içkilərə keçib. Amma heç nə dəyişməyib. Bundan sonra qadın iş yerinin qarşısına kamera quraşdırıb. Qadın iş yoldaşının onun içkisinə naməlum toz əlavə etdiyini müşahidə edib.
“Şübhəli şəxs həmkarının analıq məzuniyyətinə getməsini istəməyib, çünki o, təkbaşına artan iş yükünün öhdəsindən gələ bilmirdi”, - nəşr yazır.
Materialda vurğulanır ki, bu cür qurumlar tez-tez “dəmir düyü qabı” adlanır, çünki onlar sabit məşğulluq və əmək haqqına zəmanət verirlər. Orada işə düzəlmək üçün hərtərəfli seçim prosesindən keçmək lazımdır.
Hazırda polis məsələni araşdırır. Müəssisə rəhbərliyi də öz növbəsində araşdırmanın nəticələrinə əsasən tədbir görüləcəyini vəd edib.
Seymur Əli