Qərblə Rusiya Federasiyasının qarşıdurması şəraitində Brüssel görüşü regionumuzda həmin qarşıdurmanın kəskinləşməsinə gətirib çıxaracaq.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan deyib.
O, jurnalistlərlə söhbətində baş nazir Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinkenin aprel ayının 5-də keçiriləcək görüşünü şərh edərkən deyib: "Bu geosiyasi vəziyyət şəraitində belə bir görüş Ermənistan üçün faydalı ola bilərdi, amma indi Qərblə Rusiya arasında belə bir qarşıdurma olduqda, o zaman belə bir görüş sözsüz ki, regionumuzda həmin qarşıdurmanın güclənməsinə gətirib çıxaracaq.
Şayiələr dolaşır ki, guya bizə pul vəd edəcəklər, lakin mənim fikrimcə, Ermənistanın həmin görüşdən gözləntisi Aİ və ABŞ-dən Ermənistanın suveren ərazisinin bərpası üçün real kömək istəməsi olmalıdır".
Ağarza Elçinoğlu