Gürcüstanın baş naziri İrakli Kobaxidze prezident Salome Zurabişvilinin gələn həftəyə planlaşdırılan Litvaya səfərinə icazə verməyib.
"Unikal" xəbər verir ki, bu barədə hökumətin saytında dərc edilmiş sərəncamda qeyd olunub.
"Gürcüstan Konstitusiyasının 52-ci maddəsinin birinci bəndinin “a” yarımbəndinə və “Gürcüstan hökumətinin strukturu, səlahiyyətləri və qaydası haqqında” Gürcüstan Qanununun 74-cü maddəsinə uyğun olaraq, Gürcüstan prezidentinə aprelin 10-dan 12-dək Litva Respublikasının Vilnüs şəhərinə işgüzar səfər səlahiyyəti verməkdən imtina edir", - məlumatda deyilir.
Ağarza Elçinoğlu