Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları Moskva, Yekaterinburq və Omskda “Crocus Citi Hall”da baş verən terror aktının şəriki olduğu ehtimal edilən üç nəfəri saxlayıblar.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
“Moskva, Yekaterinburq, Omsk şəhərlərində 2024-cü il martın 22-də "Crocus City Hall" kompleksində törədilən terror aktında iştirak edən Mərkəzi Asiya regionundan olan immiqrantlar və Rusiya vətəndaşı saxlanılıb. Əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən ikisi terror aktında istifadə olunan odlu silah və nəqliyyat vasitələri almaq üçün pul köçürüblər, üçüncüsü isə terror aktının iştirakçılarının cəlb edilməsində və onu törədənlərin maliyyələşdirilməsində bilavasitə iştirak edib”, - məlumatda deyilir.
Nuranə Abbasova