Rumıniyanın baş naziri Marsel Çolaku Rumıniya və Moldovanın birləşməsi lehinə çıxış edib.
"Unikal" xəbər verir ki, o bu barədə "dcnews"a müsahibəsində bildirib.
"Mən birləşmənin tərəfdarıyam" deyən hökumət başçısı:
"Bu mənim haqqımdır! Mən Moldova Respublikası və Rumıniyanın birləşməsinə inanmaqda davam edirəm. Bu, Aİ daxilində baş verəcək, yoxsa başqa yol tapacağıq? Bunun üçün Moldova vətəndaşlarının istəyi lazımdır”.