Ermənistanın baş naziri Nikol Paşinyan Brüsselə gedib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Aprelin 5-də Paşinyan Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinkenlə üçtərəfli görüşdə iştirak edəcək.
Səfər zamanı Paşinyan ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauerlə də görüşəcək.