Şalva Lomidze Gürcüstan Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsindən azad edilib.

"Unikal" xəbər verir ki, Gürcüstan Baş naziri İrakli Kobaxidzenin Şalva Lomidzenin vəzifədən azad edilməsi haqqında sərəncamı hökumətin saytında dərc olunub.

Şalva Lomidze 2021-ci ilin aprelində o vaxtkı baş nazir İrakli Qaribaşvili tərəfindən Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib.

Keçmiş kəşfiyyat rəhbəri Levan İzoriya istefa verdikdən sonra 2020-ci ilin yanvar ayının sonundan Şalva Lomidze eyni idarənin rəhbəri vəzifəsini icra edib. Bundan əvvəl o, 2014-2020-ci illərdə həmin xidmətin rəis müavini vəzifəsini tutub.

Hökumət administrasiyası bildirib ki, Gürcüstan Kəşfiyyat Xidmətinin yeni rəhbəri kimin təyin ediləcəyi hələlik məlum deyil.