Moskvanın Basmannı məhkəməsi “Lukoyl” ASC-nin struktur bölmələrindən birinin rəhbəri, külli miqdarda rüşvət verməkdə təqsirləndirilən Aleksey Stepanovu iki ay müddətinə istintaq təcridxanasına göndərib.

"Unikal" xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb. 

O, Aleksey Aleksandroviç Stepanov barəsində 1 ay 30 gün müddətinə həbs qətimkan tədbiri seçilib. 

Stepanov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291-ci maddəsi (rüşvət vermək), 183-cü maddələri ilə (kommersiya, vergi və ya bank sirrini təşkil edən məlumatların qanunsuz əldə edilməsi və açıqlanması) ittiham olunub.