Hindistanda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 25 min nəfər əhalisi olan Padam şəhərindən 35 km cənubda yerləşib. Zəlzələ ocağı 21 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.