Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 29 oktyabr 2023-cü ildən bəri ilk dəfə olaraq 90 dollar/bareli ötüb.
"Unikal" xəbər verir ki, Brent markalı neftin qiyməti 0,51% artaraq 90,02 dollar/barelə çatıb.
Eyni zamanda, WTI markalı xam neftin may ayında tədarük üçün fyuçersləri 0,14% artaraq 85,8 dollar/barelə çatıb.