Azərbaycanın gənc gimnastları bədii gimnastika üzrə “36th Mtm Narodni Dom Lyublyana” beynəlxalq yarışında iştirak edəcəklər.
Bu barədə "Unikal"a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Yarış aprelin 5-7-də Lyublyana şəhərində (Sloveniya) keçiriləcək. Azərbaycanı yarışda fərdi proqramda çıxış edən gənc gimnastlar Sofiya Məmmədova və Səkinəxanım İsmayılzadə təmsil edəcəklər.
Qeyd edək ki, yarışda Azərbaycanı hakim Aleksandra Reiş və məşqçi Daria Lexka da təmsil edəcəklər.