Murmansk vilayətinin qubernatoru Andrey Çibis Apatitıda yerli sakinlərlə görüşdən sonra bıçaqlanıb.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, Çibis qarnından yaralanıb.
Qubernatoru bıçaqlayan şəxs saxlanılıb.
Çibis isə xəstəxanaya aparılıb.
Hazırda o əməliyyat olunur.